“AYAQiZi” 2007-ci ilin may ayında bir qrup fəal gənc tərəfindən yaradılmışdır.

Missiyasamız – Azərbaycan turizminin inkişafına dəstək olmaq, həmçinin cəmiyyətdə gənclər arasında sıx şəbəkə yaratmaq, onların asudə vaxtlarının düzgün təşkilinə və pis vərdişlərdən kənar olmağına yardımçı olmaqdır.

Eyni zamanda regionun tarixi, ekoloji, turistik imkanları barədə yerli və xarici gəncləri maarifləndirmək, gənclərin inkişafı ilə bağlı beynəlxalq programların Azərbaycanda yayılmasına və inkişaf etdirilməsinə dəstək vermək, Azərbaycan gəncləri ilə dünya gəncləri arasında təcrübə mübadiləsində yaxından iştirak etməkdən ibarətdir.

Peşəkar komandamız indiyə qədər bir çox yerli və beynəlxalq turlar, yay düşərgələri, tarixi mədəni ekskursiyalar, ekoloji aksiyalar, maarifləndirici və xeyriyyə məqsədli görüşlər təşkil etmiş, dünyanın müxtəlif regionlarından olan fəal gənclər arasında sıx şəbəkə yaratmışdır.

“Ayaqizi” Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmək üçün yaradılmışdır..



"Mən çox sevinirem. Bu çox gözəl faktdır ki, Azərbaycanda bu cür qrup yaradılmışdır.Çox sevindirici haldır ki, gənclər asudə vaxtlarını boş-boş şeylərlə deyil, gözəl təbiət qoynunda keçirmək üçün məhz Ayaqizi qrupu altında bir araya gəlmişlər. Ən əsası odurki, qoyacağınız hər yerdə sizin ayaq iziniz hiss olunsun."

- Zaur Baxşəliyev

"Sizinlə qürur duyuram. Çox gənclik camplarında iştirak etmişəm. Ancaq Ayaqizi campında keçirdiyim günlər mənə 5 ulduzlu oteldə qalmaqdan daha çox həzz verib. Unudulmamaq üçün getdiyim hər yerdə ayaq izimi qoymağa hazıram. Sizinlə qürur duyuram."

- İlhamə Rüstəmova

"Çox maraqlıdır ki, məs yarandığı ilk günlərdən bu qrupun fəal üzvlərindənəm.. Tədbirlərin heç birini qaçırmamağa çalışıram. Sizinlə insan heç vaxt qocalmaz.. Sizinlə qoyduğumizlər ömür tariximə qızıl həriflərlə yazılıb, təşəkkürlər."

- Emin Həsənov

"Çox aktiv və maraqlı üzvləriniz var. Tədbirləriniz də çox maraqlı və əyləncəli təşkil olunur. Sizinlə birlikdə gəncliyin nə olduğunu anlayırsan.. Tədbirlərinizin hər biri öz fərqliliyi ilə seçilir. Sizə uğurlar!"

- Leyla Nəzərli

"Arzu edirəm ki, dünyanın hər bir ucqarina, yaxınlığına səyahət edək və hər yerdə öz parlaq ayaq izlərimizi qoyaq. Hər zaman Azərbaycan gənclərinin ayaq izi həm mücərrəd, həm real şəkildə bütün dünyada yaxşı mənada paxıllıq hissi yaratsın. İnşallah ayağımız dəyəcək yerlərin ən qısa yolu QARABAĞIMIZDAN keçsin. Amin. Ugurlar hər birimizə"

- Dürdanə Hüseynova

Istanbul
345 M
Dubay
399 M
Bodrum
450 M
Antalya
399 M
Göygöl
15 M
Camp
70 M

Gəncə - İstanbul 160 M

Bakı - İstanbul 99 M

Gəncə - Moskva 100 M

Gəncə - İstanbul 50 M

Gəncə - Moskva 80 M

Gəncə - Tbilisi 10 M

AYAQİZİ
OFİSLƏR
Bakı şəhəri, Azərbaycan
Gəncə şəhəri, Azərbaycan


Email
office@ayaqizi.com
Sosial şəbəkələrdə AYAQİZİ